Salyan və Qubanın polis rəisləri işdən çıxarılıb
08 iyul 2011 16:44 (UTC +04:00)

Salyan və Qubanın polis rəisləri işdən çıxarılıb

0
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Şahmar Ənvər oğlu Paşayev Salyan, polis polkovnik-leytenantı Fuad Nəriman oğlu Məmmədli isə Quba rayon Polis şöbəsinin rəisi vəzifələrindən azad ediliblər. Hər iki polis rəisinin sərəncamda olduğu bildirilir.

Salyan və Quba Rayon Polis Şöbələrindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl R. Usubovun əmri ilə Şamaxı rayon Polis Şöbəsinin rəisi Mirəli Şıxəliyev də tutduğu vəzifədən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1055

Oxşar yazılar