Çin vətəndaşının çantasında gizlədilmiş 29100 dollar tapıldı
0
0
Çin Xalq Respublikasının vətəndaşı Sheng Peidan Bakı-Urumçi aviareysi ilə Çinə getmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçərkən, onun əl çantasında pul əskinaslarına bənzər əşyaların təsvirləri “Rapiskan 628” markalı X-Ray aparatının monitorunda əks olunub.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Sheng Peidanın üzərində və baqajında mütləq qaydada bəyan ediləsi malların olub-olmadığını soruşduqda, həmin şəxs belə əşyaların olmadığını bildirib.
Lakin sərnişinin hərəkətləri şübhə doğurduğu üçün onun əl çantasına baxış keçirilib. Bu zaman çantanın içərisində gizlədilmiş 29 min 100 dollar aşkar edilərək protokol əsasında götürülüb.