“VAZ” “KAMAZ”la toqquşdu; 1 ölü, 5 yaralı
11 iyul 2011 15:53 (UTC +04:00)

“VAZ” “KAMAZ”la toqquşdu; 1 ölü, 5 yaralı

0
İyulun 10-da Kürdəmir rayonu, Kürdəmir-Hacıqabul şosesinin 35-ci km-də “VAZ” markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. "VAZ" markalı avtomobilin sürücüsü və 5 sərnişin xəsarət alıb.

Hadisə zamanı avtomobildə olan Elmira Vəli qızı Seyidova həlak olub. Yaralılar və həlak olan şəxsin cəsədi xilasedicilər çatana kimi yerli sakinlər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 547

Oxşar yazılar