Fermada yanğın baş verib
14 iyul 2011 14:00 (UTC +04:00)

Fermada yanğın baş verib

0
İyulun 13-də Samux rayonu, Samux-Gəncə avtomobil yolunun 6-cı km-də vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 45 kv.m olan talvarın yanar konstruksiyaları, 7 ton ot bağlaması və 20 ha biçilmiş taxıl sahəsi yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir nəfər yanıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya aparılıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 589

Oxşar yazılar