Qubada 2 uşaq atasını ilan vurub
14 iyul 2011 16:30 (UTC +04:00)

Qubada 2 uşaq atasını ilan vurub

0
Bu gün səhər saatlarında Qubanın Orduc kəndinin sakini Amil Məlikovu ilan vurub. Lent.az-ın verdiyi məlumata görə, iki uşaq atası olan 1977-ci il təvəllüdlü Amil Məlikov Quba şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın reanimasiya şöbəsinin müdiri Ayaz Səfərov deyib ki, xəstəyə ilan zəhərinə qarşı zərdab vurulsa da, həyatı üçün təhlükə qalmaqdadır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 729

Oxşar yazılar