Ukraynada azərbaycanlı biznesmen güllələnib
15 iyul 2011 12:40 (UTC +04:00)

Ukraynada azərbaycanlı biznesmen güllələnib

0
APA-nın Aran bürosunun xəbərinə görə, hadisə dünən Donetsk şəhərində baş verib. Rayonun Məmmədqasımlı kəndində anadan olan 45 yaşlı Həmidov Salman Abduləziz oğlu 3 güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, Salman Həmidov uzun müddətdir ki, ailəsi ilə birgə Ukraynada yaşayır. Onun iş adamı olduğu bildirilir.


Qeyd edək ki, iyulun 13-də Ukraynanın Donetsk şəhərində Zərdab rayonunun Məmmədqasımlı kənd sakini Abdullayev Kamal Abdulla oğlu qətlə yetirilib.
1962-ci il təvəllüdlü Kamal Abdullayevin başı kəsilib. Onun meyiti bu günlərdə doğulduğu kəndə gətiriləcək. K. Abdullayevin də uzun müddətdir ki, Ukraynada yaşadığı açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar