“Azərsun Holdinq” qatarına maşın çırpıldı
0
0
Bu gün saat 01.05 radələrində Nizami rayonu H.Əliyev prospektindəki qorunmayan keçiddə Bakı şəhər sakini Qəzənfər Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını “Azərsun Holdinq”ə məxsus yük qatarına çırpılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qəzənfər Həsənov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Tural Abdullayev, Elxan Əlibəyov və İlqar Dadaşov isə xəstəxanaya yerləşdiriliblər.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
0
0