Müsavat funksioneri apelyasiya şikayəti verib
18 iyul 2011 13:56 (UTC +04:00)

Müsavat funksioneri apelyasiya şikayəti verib

0
İyulun 15-də Səbayel rayon məhkəməsinin Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı haqqında çıxardığı həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərarından apelyasiya şikayəti verilib.


Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə bu gün təqdim olunub.

Qeyd edək ki, A. Hacılının həbs-qətimkan tədbiri Bakı Şəhər Prokurorluğunun təqdimatı ilə artırılmışdı. Prokurorluq istintaqın başa çatmadığını əsas gətirərək, həbs-qətimkan tədbirinin uzadılmasını istəmişdi.

Xatırladaq ki, Arif Hacılı haqqında aparılan ibtidai istintaq artıq yekunlaşıb, müdafiə tərəfi işlə tanış olur.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 547

Oxşar yazılar