İki azərbaycanlını öldürtdürən terrorçu edam olundu – FOTO
0
0
“Əl Qaidə” terror təşkilatının Türkiyədəki qrupunun rəhbəri Sərdal Ərbaşı edam edilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərbaşı terror təşkilatının qərarı ilə asılaraq öldürülüb. “Taraf” qəzeti yazır ki, 16 il əvvəl Çeçenistanda ruslara qarşı müharibədə iştirak edən Ərbaşı Türkiyənin Konya vilayətində anadan olub. Çeçenistanda olarkən onunla Qafqaz Əmirliyi arasında narazılıq yaranıb və Ərbaşı bunda sonra Əfqanıstana gedərək “əl Qaidə” sıralarına daxil olub.
“Əl Qaidə”ni Türkiyə qrupunun rəhbəri olan terrorçuya təşkilatı pul və yeni döyüşçülərlə təmin etmək tapşırılıb. Bildirilir ki, bir müddət əvvəl yığılan pul yardımını bölüşərkən onunla iki azərbaycanlı arasında narazılıq yaranıb. Nəticədə Ərbaşı həmin iki azərbaycanlını öldürtdürüb.
Bundan sonra Taliuban Şəriət Məhkəməsi onun edam olunması barədə qərar verib.