Müdafiə Nazirliyi əsgərin boynunun sınması barədə məlumatlara aydınlıq gətirib
21 iyul 2011 17:40 (UTC +04:00)

Müdafiə Nazirliyi əsgərin boynunun sınması barədə məlumatlara aydınlıq gətirib

0
Bunu Müdafiə (MN) Nazirliyinin əsgəri Əliyev İxtiyar Rizvan oğlunun boynun sınması barədə mətbuatda dərc olunan məlumatlarla əlaqədar APA-nın sualına cavab olaraq MN-in mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.

T. Abdullayev bildirib ki, əsgər Əliyev İxtiyar Rizvan oğlu əsgər yoldaşı Əliyev Elmir Müşfiq oğlu ilə əlbəyaxa olan zaman yıxılıblar: “Yerə yıxılan Elmir Əliyev İxtiyar Əliyevin üstünə düşüb, nəticədə sonuncu əsgər onurğanın küt travması, boyun fəqərəsinin sınığı xəsarəti alıb. Hazırda o hospitalda müalicə olunur”.

T. Abdullayev faktla bağlı araşdırma aparıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar