Qətl törədən şəxs təcridxanada ölüb
22 iyul 2011 18:10 (UTC +04:00)

Qətl törədən şəxs təcridxanada ölüb

0
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Bakı İstintaq Təcridxanasında qeydə alınıb. Təcridxanada saxlanılan 34 yaşlı Ağəli Hidayət oğlu Balayev naməlum şəraitdə dünyasını dəyişib. Mərhumun ölümünün səbəbləri məlum deyil.
Bakı İstintaq Təcridxanasından isə APA-ya bildirilib ki, təqsirləndirilən A. Balayev ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən A. Balayev qəsdən adam öldürmə təqsirləndirilir. Belə ki, ötən ayın 21-də Lənkəran şəhərində rayon sakini 34 yaşlı Ağəli Balayev münaqişə zəminində həmyaşıdı Anar Əliyevi qətlə yetirib. O, Anarı üzərində gəzdirdiyi bıçaqla kürək nahiyəsindən vurub.
Rayon Prokurorluğunun hadisə baş verən gün yaydığı məlumata görə, qətl borc pul üstündə törədilib. Qətlə yetirilən Anar Əliyevin Ağaəliyə 3 manat borcu olub. Həmin pul üstündə mübahisələri düşüb və nəticədə qətl baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 587

Oxşar yazılar