Bu il 1895 şəxsin sürücülük hüququ məhdudlaşdırılıb
22 iyul 2011 19:45 (UTC +04:00)

Bu il 1895 şəxsin sürücülük hüququ məhdudlaşdırılıb

0
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bunu daxili işlər nazirinin müavini polis general-leytenantı Vilayət Eyvazov daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib. Onun sözlərinə görə, avtomobillərinin şüşələrinə pərdə və plyonka çəkmiş 5130, avtoxuliqanlıq etdiyinə görə 298 şəxs barəsində qanunauyğun tədbirlər görülüb. Müxtəlif inzibati xətalara görə tərtib olunmuş 411.381 protokol üzrə 369.979 nəfər cərimələnib, 1724 nəfər məhkəmələr tərəfindən həbs olunub.

Hesabat dövründə 20.265 ərizə və şikayətin araşdırıldığını, Nazirliyin rəhbərliyi və struktur xidmətlər tərəfindən 2500-dən çox vətəndaş qəbul edildiyini deyən nazir müavini qanunçuluğun pozulmasına qarşı həyata keçirilən davamlı mübarizənin müsbət nəticəsi olaraq polis əməkdaşlarından şikayətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1% azaldığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1468

Oxşar yazılar