Daş karxanasında qanlı hadisə
25 iyul 2011 10:31 (UTC +04:00)

Daş karxanasında qanlı hadisə

0
Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarından birində qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Şahqaya” daş karxanasında, orada nəzarətçi işləyən Quba rayon sakini, 1965-ci il təvəllüdlü Nəbiyev Cəlal Bəyaz oğlu Xaçmazda anadan olmuş 1960-cı il təvəllüdlü Nuriyev Ələddin Nuru oğlunu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, hadisə karxananın istirahət otağında baş verib. Hadisəni törədən şəxs oranın nəzarətçisi, zərərçəkən isə fəhləsi olub.

C.Nəbiyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 670

Oxşar yazılar