Bakıda film kimi soyğunçuluq
25 iyul 2011 12:21 (UTC +04:00)

Bakıda film kimi soyğunçuluq

0
İyulun 25-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs 1985-ci il təvəllüdlü Musabəyova Dilarə Musabəy qızına zor tətbiq edərək onun qızıl boyunbağını alıb.


Bu barədə polisə şikayət ərizəsi verən D.Musabəyova 25-30 yaşlı qara paltarlı şəxsin onu metronun “Neftçilər” stansiyasından etibarən izlədiyini deyib. Metronun “Nərimanov” stansiyasınadək qadını təqib edən soyğunçu onun ardınca 224 saylı marşrut üzrə hərəkət edən avtobusa minib. Saat 22:20 radələrində D.Musabəyova Təbriz küçəsi 102 ünvanının qarşısında düşərək evə getmək istəyərkən həmin şəxs də avtobusdan enib və onun arxasınca gedib. ətrafda kimsənin olmadığına əmin olan naməlum şəxs çox keçmədən qadına hücum edib və onun qızıl boyunbağını çıxarmasını tələb edib. Köməksiz vəziyyətdə olan qadın 300 manat dəyərindəki boyunbağını verib və o, aradan çıxıb.

Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində iş aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar