3 qardaşı   bir-birinin ardınca qətlə yetirdi
05 iyul 2025 14:05 (UTC +04:00)

3 qardaşı bir-birinin ardınca qətlə yetirdi

İzmirin Ödəmiş rayonunda dava zamanı 3 qardaş ov tüfəngi ilə vurularaq öldürülüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Hacıhəsən məhəlləsinin keçmiş başçısı Mətin Uçarla 52 yaşlı Şahin Dinç , 55 yaşlı Lətif Dinç  və 50 yaşlı İbrahim Dinç qardaşları arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə sürətlə böyüüb. Metin Uçar yanında olan tüfənglə 3 qardaşı vurub. Silah səslərini eşidən ətrafdakı insanlar jandarm və sağlamlıq qruplarına xəbər verib. Xəbər üzərinə gələn qruplar 3 qardaşın hadisə yerində öldüyünü müəyyən ediblər. 

Hadisə ilə bağlı araşdırma başlanarkən Metin Uçar jandarmaya təslim olub və cinayətini etiraf edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978

Oxşar yazılar