"Qanuni oğru" "Xonski"nin 27 adamı  tutuldu
29 iyul 2026 16:07 (UTC +04:00)

"Qanuni oğru" "Xonski"nin 27 adamı tutuldu

0

Gürcüstanda “oğru dünyası”na qarşı mübarizə çərçivəsində polis 27 nəfəri saxlayıb, daha 6 nəfərə isə ittiham irəli sürülüb.

Lent.az xəbər verir ki, ittiham olunanlar arasında hazırda Gürcüstandan kənarda olan “Xonski” ləqəbli “qanuni oğru” Mamuka Çxaberidze də var.

İstintaq müəyyən edib ki, Gürcüstanda saxlanılan şəxslər onun göstərişi ilə hərəkət edib və “oğru qaydaları” əsasında qərarların verildiyi qondarma “oğru razborkaları” təşkil ediblər.

Araşdırmaya görə, təqsirləndirilən şəxslər vətəndaşlar arasındakı maliyyə mübahisələrinə də qarışıb, tərəflərdən birini döyülmək və öldürülməklə hədələyərək pul ödəməyə məcbur ediblər.

Əməliyyat zamanı saxlanılan şəxslərdən bir-biri ilə və “qanuni oğru” Mamuka Çxaberidze ilə əlaqə saxlamaq üçün istifadə etdikləri kompüterlər və mobil telefonlar götürülüb. Axtarışlar zamanı odlu silahlar da aşkarlanıb.

Onların “oğru dünyası”na üzvlük, “oğru razborkaları”nın təşkili və “oğru dünyası”na yardım göstərilməsi ilə bağlı maddələr üzrə təqsiri sübuta yetirilərsə, 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar