Canlı yayımda söyüş  söyən "tiktoker"lər SAXLANILDI
29 iyul 2026 11:26 (UTC +04:00)

Canlı yayımda söyüş söyən "tiktoker"lər SAXLANILDI

0

Daşkəsəndə "tiktoker"lər saxlanılıb.

Lent.az-ın məlumatına görə, 21 yaşlı Elgün Məmmədov və 26 yaşlı Samir Bəşirov (ad və soyadlar şərtidir) "tiktok" sosial şəbəkəsində şəxsi hesabında canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da onlar ictimai mənəviyyatı təhqir edən və əxlaqi dəyərlərə zidd hərəkətlərə yol verib.

Nəticədə Elgün və Samir polis əməkdaşları tərəfindən saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Elgün Məmmədov əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib. Samir Bəşirov isə ifadəsində əsəb xəstəsi olduğunu və canlı yayım zamanı onu söyən şəxsə cavab olaraq bu əməli törətdiyini bildirib. Samir həmçinin himayəsində azyaşlı uşağı olduğu üçün məhkəmədən nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub. Samir Bəşirov isə 500 manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar