Unitazdan da çirkli:  hər evdə ən çox mikrob toplayan  əşyalar
29 iyul 2026 12:24 (UTC +04:00)

Unitazdan da çirkli: hər evdə ən çox mikrob toplayan əşyalar

0

Mütəxəssislər gündəlik istifadə olunan və üzərində ən çox çirk, bakteriya toplanan əşyaların siyahısını açıqlayıblar. Bu əşyalar hər gün milyonlarla mikroorqanizmlə təmasda olur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəli infeksiyaya yalnız ictimai tualetdə yoluxmaq mümkün deyil. Həkimlər xəbərdarlıq edirlər ki, gün ərzində dəfələrlə toxunduğumuz adi əşyalar fərqinə varmadan mikrobların çoxaldığı məkana çevrilə və immunitet üçün gizli təhlükə yarada bilər.

Mütəxəssislər bildirirlər ki, ətraf təmiz görünsə belə, ehtiyatı əldən vermək olmaz. Ən çox mikrob toplayan səthlər arasında kassalardakı ödəniş terminallarının düymələri, supermarket arabalarının tutacaqları və mobil telefonlar yer alır.

Çirkli səthə toxunmaq insanın dərhal xəstələnəcəyi anlamına gəlmir. Risk, mağazadan və ya ictimai nəqliyyatdan sonra əllər yuyulmadan gözə, buruna və ağıza toxunulduqda artır. Əllə yemək yemək də mikrobların orqanizmə keçməsini asanlaşdıra bilər.

Smartfon ən çirkli əşyalardan biridir

Smartfon müasir həyatın ən ciddi gigiyenik problemlərindən biri hesab olunur. İnsanlar onu işə, idman zalına, ictimai nəqliyyata, hətta tualetə belə aparırlar. Nəticədə telefon sahibinin olduğu müxtəlif məkanlardakı mikrobları öz səthində toplayır. Həkimlər telefon ekranının və korpusunun gün ərzində bir neçə dəfə cihaz üçün uyğun dezinfeksiyaedici vasitə ilə təmizlənməsini tövsiyə edirlər.

Evdə ən çox unudulan çirkli səthlər

Evlərdə də təmizlik zamanı çox vaxt diqqətdən kənarda qalan əşyalar var. Ən çox çirklənən səthlər sırasında televizor pultları, kompüter klaviaturaları və siçanları, qapı tutacaqları, işıq düymələri yer alır. Avtomobilin sükanı da əllə tez-tez təmas etdiyi üçün üzərində çoxlu mikrob toplaya bilər. Buna görə bu əşyaların müntəzəm şəkildə təmizlənməsi vacibdir.

Antiseptikdən necə düzgün istifadə edilməlidir?

Küçədə və ya yolda əlləri sabunla yumaq mümkün olmadıqda antiseptikdən istifadə etmək olar. Mütəxəssislərin sözlərinə görə, məhsulun tərkibində ən azı 60 faiz spirt olmalıdır. Antiseptik əllərin bütün səthinə yayılmalı və ən azı 15 saniyə ərzində ovuşdurulmalıdır. Lakin əllər torpaq, yağ və ya çiy ətlə ciddi şəkildə çirklənibsə, spirtli antiseptik kifayət etməyə bilər. Belə hallarda əlləri ilıq su və sabunla yaxşıca yumaq lazımdır.

İnfeksiyalardan qorunmağın əsas qaydası küçədən gəldikdən, bağda işlədikdən, tualetdən istifadə etdikdən və çiy qidaya toxunduqdan sonra əlləri diqqətlə yumaqdır. Gün ərzində yuyulmamış əllərlə üzə toxunmamaq da yoluxma riskini azaltmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar