Portuqaliyada yaşayan azərbaycanlı itkin düşdü
29 iyul 2026 09:52 (UTC +04:00)

Portuqaliyada yaşayan azərbaycanlı itkin düşdü

0

Portuqaliyada yaşayan və çalışan azərbaycanlı itkin düşüb.

Lent.az-ın xəbərinə görə, bu barədə itkin düşən 33 yaşlı İldırım Mirməmmədovun atası Natiq Məmmədov sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, oğlu ilə günlərdir əlaqə saxlaya bilmir və İldırımın telefonu sönülüdür. İ.Mirməmmədovun Setubal şəhəri yaxınlığında yaxud Nazare ərazisində yaşadığı və işlədiyi ehtimal olunur.

Atasının bildirdiyinə görə, oğlu gəmiqayırma və digər sahələrdə biznesi olan moldovalı bir sahibkarın avtoservisində çalışıb. Ailə artiq Portuqaliya polisinə rəsmi müraciət edib.

İldırım Mirməmmədovu görən, onunla işləyən və ya yeri haqqında hər hansı məlumatı olan şəxslərdən atası ilə əlaqə saxlamaları xahiş olunur:
 Telefon / WhatsApp:  050 612 26 55

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar