40 illik həbs cəzası ilə axtarışda idi, paltar şkafından çıxdı
19 dekabr 2025 20:36 (UTC +04:00)

40 illik həbs cəzası ilə axtarışda idi, paltar şkafından çıxdı

0

Türkiyədə axtarışda olan şəxs paltar şkafından çıxıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hatay rayonunda qeydə alınıb.

Polis əməkdaşları bank və kredit təşkilatları vasitəsilə külli miqdarda dələduzluq etdiyi üçün barəsində 40 il həbs cəzası olan A.B.-nin axtarışlarına başlayıb. Evində aparılan axtarışlar nəticəsində A.B. paltar şkafında tapılıb.

O saxlanılaraq, cəzaçəkmə müəssisəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar