Mingəçevirdə iki avtomobil  toqquşdu, yaralananlar var
28 oktyabr 2026 00:41 (UTC +04:00)

Mingəçevirdə iki avtomobil toqquşdu, yaralananlar var

0

Mingəçevirdə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Belə ki, “Hyundai” və “Chevrolet” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü sərnişin Murad Novruzlu və taksi kimi istifadə olunan avtomobilin 1985-ci il təvəllüdlü sürücüsü Bəylər İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar