400-dən çox adam Azərbaycandan çıxa bilmədi
01 aprel 2023 10:34 (UTC +04:00)

400-dən çox adam Azərbaycandan çıxa bilmədi

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 294 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mart ayında görülən işlərlə bağlı statistik məlumatlarında bildirilib.

Qeyd olunub ki, ay ərzində həmçinin ölkədən çıxışı qadağan olan 429 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 19 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

# 2622
avatar

Oxşar yazılar