47 yaşlı kişi narkotikdən ÖLDÜ
16 fevral 2023 10:35 (UTC +04:00)

47 yaşlı kişi narkotikdən ÖLDÜ

0

Xızıda 47 yaşlı kişi narkotikdən ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Giləzi qəsəbəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Mehrab Hüseyn oğlu Əlyarov yaşadığı fərdi evdə istifadə etdiyi narkotikdən zəhərlənərək ölüb.

Məlumata görə, o, əvvəllər Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1742

Oxşar yazılar