9 aylıq hamilə qadın faciəvi şəkildə öldü, körpəsi qurtarıldı
18 aprel 2024 16:52 (UTC +04:00)

9 aylıq hamilə qadın faciəvi şəkildə öldü, körpəsi qurtarıldı

Türkiyədə hamilə qadın faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Yüreğir qəsəbəsində baş verib. 9 aylıq hamilə olan Suriya əsilli 31 yaşlı Nur Abbud əri 40 yaşlı Raid Abbudun idarə etdiyi motosikletdə sərnişin qismində olub. Qəflətən motosiklet idarəetmədən çıxıb və qadın avtobusun altına düşüb.

Hadisə yerinə həkim və polis qrupları cəlb olunub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ancaq onun oğlan olduğu deyilən 9 aylıq körpəsi qeysəriyyə əməliyyatı ilə xilas edilib.

Avtobus sürücü Ali. D saxlanılaraq, istintaqa cəlb olunub.

# 1905
avatar

Oxşar yazılar