Azərbaycanda əli bıçaqlı maskalı şəxs həkimin evini basdı:  xanımı və 1 azyaşlı övladını...
07 noyabr 2019 09:33 (UTC +04:00)

Azərbaycanda əli bıçaqlı maskalı şəxs həkimin evini basdı: xanımı və 1 azyaşlı övladını...

Xaçmazda quldurluq faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saat 20 radələrində Xaçmaz rayonu Hülövlü kəndində baş verib. Belə ki, kənd sakini, həmin kəntdə diş həkimi işləyən 1984-cü il təvəllüdlü Balayev Rəşad Tofiq oğlunun həyətinə üzü maskalı şəxs daxil olaraq ondan pul tələb edib.

Məlumat əsasında rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, fotoşəkillər çəkib və həyətdə quraşdırılan kameralardan video görüntülər götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Rəşad Balayev dünən saat 20 radələrində valideynləri, həyat yoldaşı və 1 azyaşlı övladı ilə birgə həyətə çıxan zaman, pilləkənin altında gizlənən üzü maskalı, əlində bıçaq olan şəxs onun qarşısına çıxaraq pul tələb edib. Bu vaxt Rəşad Balayev həmin şəxslə əlbəyaxa olarkən yerə yıxılıb və dərhal ayağa qalxaraq, köməyə adam çağırdığı üçün maskalı şəxs hasardan tullanaraq qaçıb gedib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxsin Xaçmaz rayon Hülövlü kənd sakini Nizamov Tamerlan Eynulla oğlu olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Tamerlan Nizamov dindirmə zamanı cinayət əməlini tam təfərrüatı ilə etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6419

Oxşar yazılar

Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti  tapıldı

Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı

7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib?  -  VİDEO

“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO

7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ:  məktəbli qızı maşın vurub öldürdü

Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü

7 may 2025 , 17:50