Bakıda 10-a yaxın evdən oğurluq edənlər tutuldu: biri qadındır
05 noyabr 2019 15:51 (UTC +04:00)

Bakıda 10-a yaxın evdən oğurluq edənlər tutuldu: biri qadındır

Xəzər rayonu, Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-cü Polis Bölməsinə müraciət edərək evdə olmadığı müddətdə mənzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmədə zərərçəkənin ifadəsi alınan zaman ona ümumilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub.

Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Əliyev və T.Məmmədova barəsində Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin  177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Xəzər rayon Polis İdarəsi və ya 3-cü Polis Bölməsinə müraciət etmələri xahiş olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937

Oxşar yazılar

Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti  tapıldı

Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı

7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib?  -  VİDEO

“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO

7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ:  məktəbli qızı maşın vurub öldürdü

Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü

7 may 2025 , 17:50