Bakıda xuliqanlıq edən silahlı saxlanıldı
07 noyabr 2019 11:34 (UTC +04:00)

Bakıda xuliqanlıq edən silahlı saxlanıldı

Nərimanov rayonunda odlu silahdan istifadə etməklə xuliqanlıq edən şəxs saxlanılıb

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini əvvəllər məhkum olunmuş Azər Orucov saxlanılıb.
    
Bildirilir ki, bu il avqust ayının 5-də gecə saatlarında Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mersedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan “Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib. Saxlanılan zaman Azər Orucov ifadəsində törətdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan sayonu ərazisində Kür çayına atdığını bildirib.
    
Polis bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azər Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsi etmələri xahiş olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar

Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti  tapıldı

Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı

7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib?  -  VİDEO

“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO

7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ:  məktəbli qızı maşın vurub öldürdü

Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü

7 may 2025 , 17:50