Ticarət Mərkəzindən külli miqdarda oğurluq edilib
08 noyabr 2019 17:11 (UTC +04:00)

Ticarət Mərkəzindən külli miqdarda oğurluq edilib

Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonunda yerləşən ticarət mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib. Zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri 2 min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib.

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsindən qeyd edilən hadisəni törədən əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında satdığını bildirib. Qeyd edək ki, Elvin Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anbaan lentə alınıb.

Elvin Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılmasi üçün Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06