Adam bıçaqlayan keçmiş diplomata HÖKM OXUNDU
11 aprel 2025 17:57 (UTC +04:00)

Adam bıçaqlayan keçmiş diplomata HÖKM OXUNDU

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Həmçinin Emin İbrahimovun ittiham olunduğu 221.1-ci (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, o, iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290

Oxşar yazılar

Bakıda sənədləşmə adı ilə 30 minlik DƏLƏDUZLUQ

Bakıda sənədləşmə adı ilə 30 minlik DƏLƏDUZLUQ

1 may 2025 , 12:20
Bakıda qadının meyiti hamamda TAPILDI

Bakıda qadının meyiti hamamda TAPILDI

1 may 2025 , 10:56
Samuxda 62 minlik  qoyun-keçi oğurlandı

Samuxda 62 minlik qoyun-keçi oğurlandı

1 may 2025 , 10:28
Kartlardan 30 min manatdan  çox pul oğurlandı

Kartlardan 30 min manatdan çox pul oğurlandı

1 may 2025 , 10:26
“Tərtər işi” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

“Tərtər işi” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

1 may 2025 , 10:16
Bakıdan icarəyə maşın götürüb Şəkidə mal-qaraları oğurladılar - VİDEO

Bakıdan icarəyə maşın götürüb Şəkidə mal-qaraları oğurladılar - VİDEO

1 may 2025 , 10:06
Azərbaycanda 126 nəfər zəhərləndi, 4 nəfər öldü

Azərbaycanda 126 nəfər zəhərləndi, 4 nəfər öldü

1 may 2025 , 09:39
Bakıda qiraətçi hamamda boğulub öldü

Bakıda qiraətçi hamamda boğulub öldü

1 may 2025 , 09:23