Qobustan postunda polisdən qaçan  sürücü həbs olundu - VİDEO
25 iyun 2026 12:01 (UTC +04:00)

Qobustan postunda polisdən qaçan sürücü həbs olundu - VİDEO

0

Şamaxı rayon sakini Elçin Sadıqov “Mercedes Vito” markalı avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çoxsaylı ödənilməyən cərimələri olduğuna görə Qobustan rayonu ərazisində yerləşən stasionar postda saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, hüquq və vəzifələri izah olunarkən E.Sadıqov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb və YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq postu tərk edib.

Görülən tədbirlər nəticəsində E.Sadıqov saxlanılıb. Barəsində tərtib edilmiş inzibati materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl olunması hər bir şəxsin qanunla müəyyən edilmiş vəzifəsidir. Bu tələblərin yerinə yetirilməməsi və məsuliyyətdən yayınmağa yönələn hərəkətlər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar