Ağdaşda ağır QƏZA:  5 nəfər yaralandı
02 fevral 2023 11:37 (UTC +04:00)

Ağdaşda ağır QƏZA: 5 nəfər yaralandı

Ağdaşda ağır yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində baş verib. Rayon sakini Ruslan Əliyevin idarə etdiyi “KİA” və Göyçay şəhər sakini Zahir İsmayılovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə “KİA”- nın sürücüsü və ikisi yeniyetmə olmaqla avtomobildə olan 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

# 3576
avatar

Oxşar yazılar