Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.
Qəza zamanı 1977-ci il təvəllüdlü V. Abbasov, 1970-ci il təvəllüdlü G. Məmmədova, 1997-ci il təvəllüdlü R. Əfəndiyev, 1998-ci il təvəllüdlü M. Əlizadə və 1989-cu il təvəllüdlü N. Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.