İşə qəbul olmaq istəyirsinizsə, müsahibədə bu sözləri deməyin
18 iyun 2026 18:06 (UTC +04:00)

İşə qəbul olmaq istəyirsinizsə, müsahibədə bu sözləri deməyin

0

İş müsahibələri uğurlu karyeraya gedən yolda qaçılmaz mərhələlərdən biridir. Bir çox insan işəgötürən və ya insan resursları mütəxəssisi ilə görüşdən əvvəl həyəcan keçirir, çünki hansı suallara necə cavab verəcəyini bilmir.

Lent.az xəbər verir ki, bu, xüsusilə ilk işini axtaranlar üçün daha aktualdır. Lakin bəzi sadə qaydalara əməl etməklə arzuladığınız vəzifəni əldə etmək şansınızı xeyli artıra bilərsiniz.

Müsahibədə necə davranmaq lazımdır? – Geyim və danışıq tərzi önəmlidir

İlk təəssüratın formalaşmasında xarici görünüş mühüm rol oynayır. Geyiminizin rəngi belə qarşı tərəfdə müəyyən təsəvvür yarada bilər.

Qara – liderlik və qətiyyət rəmzidir.

Mavi – komanda ilə işləmə bacarığını ifadə edir.

Boz – analitik düşüncəyə malik insan təsiri bağışlayır.

Qəhvəyi – etibarlılıq və sabitliyi simvolizə edir.

– səliqəli və təşkilatçı insan obrazı yaradır.

Əgər yaradıcı sahədə işləmək istəyirsinizsə, bənövşəyi, yaşıl və ya narıncı kimi daha canlı rənglərdən də istifadə edə bilərsiniz.

Bundan başqa, danışıq tərziniz də böyük əhəmiyyət daşıyır. Fikirlərinizi aydın və səlis ifadə etməyə çalışın. Müsahibəyə getməzdən əvvəl müraciət etdiyiniz şirkət haqqında məlumat toplayın. Çünki "Şirkətimiz haqqında nə bilirsiniz?" sualına cavab verə bilməməyiniz mənfi təəssürat yarada bilər.

Müsahibədə bunları deməyin

Müsahibə zamanı bəzi mövzulara toxunmaq düzgün hesab edilmir.

Şəxsi problemlərinizi danışmaqdan çəkinin. Həmçinin hazırkı və ya əvvəlki işəgötürəniniz haqqında mənfi fikirlər səsləndirməyin.

Bundan əlavə, "Komandada işləməyi sevmirəm" və ya "Yeni şeylər öyrənmək istəmirəm" kimi neqativ ifadələr işlətmək də tövsiyə olunmur.

Yalan danışmaq və bacarıqlarınızı olduğundan artıq göstərmək də ciddi səhvdir. Məsələn, ingilis dilini bilmirsinizsə, onu sərbəst danışdığınızı iddia etməyin. Əks halda, bu aşkar olunduqda həm iş imkanını itirə, həm də peşəkar nüfuzunuza zərər vura bilərsiniz.

Müsahibədə hansı sualları vermək olmaz?

Adətən müsahibənin sonunda namizədə sual vermək imkanı yaradılır. Bu zaman gələcək vəzifələriniz və iş prosesiniz barədə maraqlanmaq normaldır. Lakin bəzi suallar xoş qarşılanmır.

Məsələn:

Maaş nə vaxt artırılır?

Gecikən işçilər dərhal işdən çıxarılır?

Korporativ tədbirlər nə qədər tez-tez keçirilir?

Ən uğursuz suallardan biri isə "Şirkətiniz nə iş görür?" sualıdır. Çünki bu məlumatı əvvəlcədən internetdən araşdırmağınız gözlənilir və hazırlıqsız gəlməyiniz işəgötürəndə mənfi fikir formalaşdıra bilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar