Ailəsinə qaytarılan 13 yaşlı qız döyülüb? - RƏSMİ AÇIQLAMA
25 may 2023 18:00 (UTC +04:00)

Ailəsinə qaytarılan 13 yaşlı qız döyülüb? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi Tovuzda bir müddət əvvəl 13 yaşlı qız evdən qaçıb. Əfsanə Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib.

Onun hazırki vəziyyəti ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin uşaq məsələləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova Lent.az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələ dövlət komitəsinin nəzarətindədir.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi məktublar ünvanlanıb, aidiyyəti orqanlarla əlaqə saxlanılıb:

“Eyni zamanda Tovuz rayon icra hakimiyyətinin yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə mütəmadi olaraq əlaqə saxlanılır. Uşaq hazırda ailəsinin yanındadır. Onun hər hansı bir fiziki təzyiq göstərilməsi faktı olmayıb. Hadisə ilə bağlı istintaq davam edir. Bu proses yekunlaşdıqdan sonra uşağa psixi və sosial dəstəyin göstərilməsi istiqamətində addımlar atılacaq”.

# 5205
avatar

Arzu Qurbanlı

Oxşar yazılar