Ana yeni doğulan körpəsini yarım milyona satdı
23 dekabr 2025 20:44 (UTC +04:00)

Ana yeni doğulan körpəsini yarım milyona satdı

0

Karaçay-Çərkəz Respublikasında ana yeni doğulmuş uşağını yerli sakinə satıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 29 yaşlı əcnəbi qadın bunun üçün Çerkessk şəhərindən olan 45 yaşlı qadınla 500 min rubl qarşılığında razılaşıb. Bundan əlavə, alıcı doğuş edən qadın üçün perinatal mərkəzdə palatanın ödənişini də edib. Doğuşdan sonra miqrant qadın körpəni təhvil verib və pulu alıb.

Hadisə üzə çıxandan sonra İstintaq Komitəsinin əməkdaşları insan alveri maddəsi ilə cinayət işi açıblar və hər iki qadın saxlanılıb. Uşaq sosial müəssisəyə yerləşdirilib.

Saxlanılan əcnəbi qadın təqsirini etiraf edib. İkinci şübhəli isə ifadə verməkdən boyun qaçırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar