Araik Arutyunyan da saxlanıldı - BAKIYA GƏTİRİLİR
03 oktyabr 2023 20:20 (UTC +04:00)

Araik Arutyunyan da saxlanıldı - BAKIYA GƏTİRİLİR

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar. 

Lent.az xəbər verir ki, hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7290
avatar

Oxşar yazılar