Moldovada Fəaliyyət və Həmrəylik Partiyasının deputatı Yuri Pesat arı sancması nəticəsində ölüb.
Lent.az xarici mediaya istinadən bildirir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, Pesat avqustun 5-də səhər arı sancması nəticəsində yaranan anafilaktik şokdan dünyasını dəyişib.
Siyasətçinin 52 yaşı var idi.