Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb.
Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 26 yaşlı Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda itkin düşən digər şəxs, 28 yaşlı Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.