Avropada itkin düşən azərbaycanlı tələbədən YENİ XƏBƏR  - YENİLƏNİB
30 may 2023 12:07 (UTC +04:00)

Avropada itkin düşən azərbaycanlı tələbədən YENİ XƏBƏR - YENİLƏNİB

Avropada itkin düşən azərbaycanlı gənc tapılıb. 

Bu barədə Lent.az-a itkin düşən gəncin yaxınları məlumat verib. 

Qeyd edək ki, 4 gün əvvəl yoxa çıxan həmyerlimiz Mikayıl Hidayətov Polşanın paytaxtı Varşavada itkin düşmüşdü. 

Mikayıl Hidayətov Varşavada universitetlərin birində təhsil alırmış. O, 1-ci kurs tələbəsidir. 

***

11:27

Avropada azərbaycanlı gənc itkin düşüb.

Lent.az-ın məlumatına görə, həmyerlimiz Mikayıl Şamil oğulu Hidayətov 4 gün əvvəl yoxa çıxıb. 

Belə ki, 4 gün əvvəl onun ad günü olub. Yaxınları onunla sonuncu dəfə ad günündə danışıblar. Bundan sonra Mikayıl Hidayətovla əlaqə kəsilib.

# 3861
avatar

Fidan İlqar

Oxşar yazılar