Gədəbəydə güllələnmiş meyit tapılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Qaraməmmədli kəndində baş verib.
62 yaşlı Quliyev Azər Əmir oğlunun güllələnmiş meyiti yaşadığı evdə aşkarlanıb. Hadisənin hansı şəraitdə baş verməsi bilinmir.
Araşdırma aparılır.