Astarada avtomobil ata və azyaşlı oğlunu vurub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Kijəbə qəsəbə ərazisində 1986-cı il təvəllüdlü Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və oğlu 2022-ci il təvəllüdlü Z.F vurub.
Hər iki yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olan azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travmasıbaşın açıq yarası, , koma, ataya isə burun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar.
Azyaşlının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.