Avtoxuliqanlıq edən daha bir sürücüyə 15 sutka cəza
23 yanvar 2026 19:24 (UTC +04:00)

Avtoxuliqanlıq edən daha bir sürücüyə 15 sutka cəza

0

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar