Ayı ana və qızını parçaladı
05 noyabr 2026 14:44 (UTC +04:00)

Ayı ana və qızını parçaladı

0

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub.

Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayış məntəqəsi yaxınlığındakı meşəyə gəzintiyə çıxıblar. Lakin onlar geri qayıtmayıblar.

Qadınların avtomobili yaşayış məntəqəsindən təxminən 8–9 kilometr aralıda, meşə cığırının başlanğıcında aşkarlanıb.

Yaxınları və polis tərəfindən başlanan axtarışlar nəticəsində bazar ertəsi Cennifer Balkarrasın meyiti tapılıb. Çərşənbə axşamı isə onun 20 yaşlı qızının qalıqları aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qeyri-rəsmi olaraq “Böyük Ayının yağış meşəsi” adlandırılır. Burada qrizli ayılarına tez-tez rast gəlinsə də, onların insanlara səbəbsiz hücum etməsi olduqca nadir hal sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar