Bakıda restoranda musiqiyə qulaq asmağa görə ödəniş alındı  - Qanun nə deyir?
07 oktyabr 2026 14:26 (UTC +04:00)

Bakıda restoranda musiqiyə qulaq asmağa görə ödəniş alındı - Qanun nə deyir?

1

Bakıdakı restoranlardan birində servis haqqından əlavə içki servisi və canlı musiqi üçün qonaq sayına uyğun əlavə ödəniş hesablanıb. Canlı musiqi 50, servis haqqı 105, içki servisi 30 manat hesablanaraq qəbzdə qeyd olunub.

Bəs görəsən, qonaqlardan içki servisi və məkandakı canlı musiqiyə görə pul alınması normaldırmı? Burada istehlakçı hüquqları pozulurmu? 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, sahibkarla musiqiçilər istehlakçıları aldadırlar:

Eyyub Hüseynov: “Köhnə dondurmalar satışa çıxarılıb” - FOTO - Oxu.az

“Bəzi restoranlar məkandakı canlı musiqini də servis haqqına daxil edirlər, bəziləri isə belə ayırır. Bəziləri yeməkdəki kartofu, soğanı da məbləğdən əlavə hesablayırlar. Vahid qayda olmadığı üçün belə hallar baş verir. İstehlakçıya məkanda canlı musiqi üçün əlavə ödəniş yazılırsa, bunu ona əvvəlcədən demək lazımdır. 
Əlavə ödənişlər qəbzdə göstərilibsə, vergisi ödənilibsə, burada dövlət qanunlarının pozulması halı yoxdur. Sadəcə sahibkarlar boşluqdan istifadə edərək istehlakçıları aldadırlar. 

Ümumiyyətlə, musiqiçilərlə restoran sahiblərinin əməkdaşlığının istehlakçıları aldatmaq üçün bir vasitəyə çevrildiyi də göz qabağındadır. Yəni istehlakçı ona lazım olmayan mahnını da dinləməyə məcburdur. Musiqiçilərlə restoran sahiblərinin bu gizli əməkdaşlığı istehlakçıların istəyinin pozulmasına gətirib çıxarır”. 

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, menyuda qeyd olunmayan ödənişlərin qəbzdə göstərilməsi qanuna ziddir:

Bilmək və inanmaq - Şamil Paşayev

“Restoranlarda hansısa xidmətə görə əlavə pul tələb olunacaqa, bununla bağlı vətəndaşa əvvəlcədən məlumat verilməlidir. Əgər sahibkar əgər restoranda hər hansı bir konsert keçirirsə, musiqi ifaçılarını dəvət edib hər hansı bir şənlik tərtib edirsə, bunun üçün biletləri satışa çıxarması anlaşılandır. Amma buna hər hansı bir xidmət haqqı kimi musiqini qoymaq tamamilə əsassızdır.

İkinci məsələ olaraq, Azərbaycanda “içki servisi” üçün əlavə xidmət haqqının alınması başa düşülən deyil. Restoranın mahiyyəti ictimai iaşə obyekti kimi vətəndaşlara yemək, içki və sair servis etməkdir. Və bu servisə görə niyə pul alınmalıdır? Servis haqqı anlayışının özü normal deyil əslində. Çünki restoranın mahiyyəti zatən bu xidməti etməkdir. Vətəndaş adətən 10 faiz miqdarında işçilər üçün çaypulu saxlayır. Amma bəzi hallarda bunu kobud formada şərt kimi qoyurlar.

Ümumiyyətlə, menyuda yazılmayan, istənilən ödənişin vətəndaşdan alınması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunvericiliyini pozur və eyni zamanda İnzibati Xətalar Məcəlləsinin bu xüsusdan göstərilən maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər”.

FOTO: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 750

Oxşar yazılar