Azərbaycanda 6 ayda yol qəzalarında ölənlərin  SAYI
12 iyul 2021 14:46 (UTC +04:00)

Azərbaycanda 6 ayda yol qəzalarında ölənlərin SAYI

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi 2021-ci ilin birinci yarısında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb.

Lent.az-ın məlumatına görə, respublika ərazisində cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (-0,5%) fakt, ölənlərin sayı 35 (-10,8%) nəfər, yaralananların sayı isə 3 (-0,4%) nəfər azalıb.

Müəyyən edilib ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4%) baş verib. Bu qayda pozuntularının 302-si (39,9%) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5%) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3%) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı).

Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma 66-8,7%).

Həlak olan 290 nəfərdən (qadınlar 53 nəfər, 7-16 yaş 26 nəfər,) 123-ü piyada, 87-i sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-i isə digər hərəkət iştirakçısı olub.

# 1464
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20