Cennifer Lopez  imicini dəyişdirdi   - pərəstişkarları onu tanımadı
16 sentyabr 2025 16:49 (UTC +04:00)

Cennifer Lopez imicini dəyişdirdi - pərəstişkarları onu tanımadı

0

Amerikalı müğənni və aktrisa Cennifer Lopez tamamilə fərqli bir obrazda pərəstişkarlarını xeyli təəccübləndirib.

Lent.az xarici medaya istinadla xəbər verir ki, sənətçi saç düzümünü və saç rəngini dəyişərək tamamilə qeyri-adi sarışın obrazında görünüb.

Lopez öz "Instagram" səhifəsində açıq rəngdə, buruq saçlı və başında lent olan fotolar seriyasını paylaşıb. Məlum olub ki, bu dəyişiklik yeni filmin çəkilişləri ilə bağlıdır.

Müğənninin sözlərinə görə, bu rol onun üçün əsl zaman səyahətinə çevrilib.

Дженнифер Лопес / © instagram.com/jlo

“Yeni obraza daxil olmaq, kino sənayesinin qızıl dövründə bir rəqs kimi idi… parıltı, dəbdəbə və çoxlu rəqslərlə. Keçmişə səyahət heç vaxt bu qədər həyəcanverici olmamışdı”, - Cennifer paylaşımında yazıb.

Дженнифер Лопес / © instagram.com/jloДженнифер Лопес / © instagram.com/jlo

Lopezin yeni stili işlə bağlı olsa da, sosial şəbəkə istifadəçiləri buna biganə qalmayıblar. Şərhlərdə yüzlərlə heyranlıq və tərif dolu mesajlar var.

Pərəstişkarlar etiraf edirlər ki, sarışın saç müğənninin görünüşünü tamamilə dəyişir və bəziləri hətta onun tanınmaz olduğunu qeyd edirlər. Bəzi istifadəçilər isə ulduzun bu obrazda amerikalı müğənni Qven Stefanini xatırlatdığını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar