Kenan İmirzalıoğlu ailəsi ilə yeni fotolarını paylaşdı
17 noyabr 2026 01:05 (UTC +04:00)

Kenan İmirzalıoğlu ailəsi ilə yeni fotolarını paylaşdı

0

 

Türkiyənin məşhur aktyor cütlüyü Kenan İmirzalıoğlu və Sinem Kobal övladları ilə Antalyada istirahət ediblər. Aktrisa ailəvi tətildən çəkilmiş fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Sinem Kobal paylaşımında həyat yoldaşı və iki qızı ilə birlikdə keçirdikləri xoş anları nümayiş etdirib. Ailəvi istirahətdən fotolar qısa müddətdə izləyicilərin diqqətini çəkib.

2016-cı ildə ailə quran məşhur aktyorlar Türkiyə şou-biznesinin tanınmış cütlüklərindəndir. Onların ilk qızı Lalin 2020-ci ildə, ikinci qızları Leyla isə 2022-ci ildə dünyaya gəlib.

Sinem Kobal son illərdə şəxsi həyatından və övladları ilə keçirdiyi anlardan görüntüləri vaxtaşırı sosial şəbəkədə paylaşır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar