Şəmkirdə DƏHŞƏT:  kişi qadını öldürüb intihat etdi - VİDEO  - YENİLƏNİB
17 noyabr 2026 10:02 (UTC +04:00)

Şəmkirdə DƏHŞƏT: kişi qadını öldürüb intihat etdi - VİDEO - YENİLƏNİB

1

Şəmkirdə evdən iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisənin qətl olduğu bildirilir.

İlkin məlumata görə, meyitləri tapılan rayon sakini 1968-ci il təvəllüdlü R.Mustafayev onunla birgə yaşayan 1986-cı il təvəllüdlü Y.Süleymanovanın aralarında mübahisə baş verib.

Bu zaman kişi qadının başına küt alətlə zərbələr endirib. Qadın hadisə yerində ölüb. R.Mustafayev qadın öləndən sonra özünə kəcisi alətlə xəsarət yetirib. O da hadisə yerində həyatını itirib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma gedir.

***

01.15

Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə gediblər.

Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.

Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.

Mərhumun yaxınlarının APA-ya bildirdiyinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.

Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.

Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***
21:23

Şəmkir rayonunda evdən iki nəfərin meyiti aşkarlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Evlərin birində kişi və qadının meyiti tapılıb.

Meyitləri aşkarlananların kimliyi və ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1879

Oxşar yazılar