Kürdəmirdə iki avtomobil toqquşdu, 4 nəfər  xəsarət aldı
16 noyabr 2026 22:00 (UTC +04:00)

Kürdəmirdə iki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı

0

 

Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Hadisə zamanı rayonun Çöhranlı kənd sakini, 1995-ci il təvəllüdlü Elçin Eynulla oğlu İbrahimovun idarə etdiyi “Nissan” markalı avtomobillə Ağdaş şəhər sakini Anar İntiqam oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, həmçinin “Mercedes”in sərnişinləri – Gəncə şəhər sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Vasif qızı Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Vüqar oğlu Tağıyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Kürdəmir, yol-nəqliyyat hadisəsi, avtomobil qəzası, Nissan, Mercedes, xəsarət, araşdırma

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar