Kürdəmirdə yaşayış evi yandı
16 noyabr 2026 21:45 (UTC +04:00)

Kürdəmirdə yaşayış evi yandı

0

 

Kürdəmirdə fərdi yaşayış evində güclü yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini Ənvər Səmid oğlu Yunusova məxsus, ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın nəticəsində evin 100 kvadratmetr sahəsi yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində evin qalan hissəsi alovdan mühafizə olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Zahid Abışov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar